SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Teleaparıcı İranı bombardmandan xilas elədi

© AP Photo / Japan Air Self Defense ForceABŞ Hava Qüvvələri B-1B bombardmançıları, Yaponiya Koreya Yarımadasının cənubundakı Kyushu adası yaxınlığında
ABŞ Hava Qüvvələri B-1B bombardmançıları, Yaponiya Koreya Yarımadasının cənubundakı Kyushu adası yaxınlığında - Sputnik Azərbaycan
Abunə olmaq
Karlsonun güclü arqumenti Trampı aviazərbələrdən çəkindirib

BAKI, 22 iyun — Sputnik. Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp "Fox News" telekanalının aparıcısı Taker Karlsonun (Tucker Carlson) məsləhətinə qulaq asaraq İran ərazisinə aviazərbələri ləğv edib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə The New York Times nəşri məlumat yayıb.

Global Hawk uçan pilotsuz kəşfiyyat aparatı - Sputnik Azərbaycan
İran ABŞ dronunu vurduğunu iddia edir

Nəşr yazır ki, prezident bir neçə gün ərzində mümkün bombardman tarixinə qədər bu addımı dəstəkləyən hərbi müşavirləri ilə məsələylə bağlı məsləhətləşmələr aparıb. Lakin Karlson bəyan edib ki, Tehranın təxribatına güc yolu ilə cavab ağılsız ideyadır və İrana qarşı müharibə başlaması Trampın 2020-ci ildə yenidən prezident seçilmək şanslarını sıfıra endirəcək.

Aparıcının bu arqumenti Trampın şübhələrini daha da artırıb.

İyunun 22-si Tramp bəyan etmişdi ki, İranla müharibə istəmir. Onun sözlərinə görə, əgər müharibə baş verərsə, bu, "görünməmiş dağıntılarla nəticələnəcək".

Bu bəyanatdan iki gün əvvəl, iyunun 20-də İslam İnqilabı Keşikçilər Korpusu bəyan edib ki, İranın cənubunda ABŞ-a məxsus "Global Hawk" uçan pilotsuz kəşfiyyat aparatını vurub.

KLM aviaşirkətinin təyyarəsi uçuş zamanı, arxiv şəkli - Sputnik Azərbaycan
Dron insidenti böyüyür: İri şirkətlər İran yaxınlığından uçuşları ləğv edir

Məlumata əsasən, insident İranın Hormozqan vilayətində, Kuhə Mubarak rayonunda baş verib. Pilotsuz aparat İranın hava məkanını pozduğu üçün vurulub. Tehran dronu İranın hava məkanını pozarkən vurduğunu deyib. ABŞ isə dronun Hörmüz körfəzi səmalarında, beynəlxalq hava məkanında vurulduğunu iddia edib.

İnsidentdən bir həftə əvvəl isə Oman körfəzində Hörmüz boğazı yaxınlığında üzən "Kokuka Courageous" və "Front Altair" neft tankerlərində partlayış və yanğın baş verib. İnsidentin səbəbləri aydın olmasa da, ABŞ İranı gəmilərə hücumda günahlandırıb.

Xəbər lenti
0