14:56 24 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0695
DÜNYA
Qısa URL
140 0 0

"Raytheon"un vitse-prezidenti Tom Bassinq bu silahın oxşarının olmadığını deyib

BAKI, 21 iyun — Sputnik. ABŞ müdafiə sənayesi şirkəti "Raytheon" səsdən sürətli (hipersonik) raketin konsepsiyasını təqdim edib.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "Aviation Week" nəşri məlumat yayıb.

Şirkət iddia edir ki, raketin sürəti təxminən 5 Max (səs sürətindən beş dəfə çox – red.) olacaq.

"Raytheon"un vitse-prezidenti Tom Bassinq bu silahın oxşarının olmadığını deyib.

Son dövrlərdə ABŞ səsdən sürətli raketlərin yaradılması üzərində fəal olaraq çalışır. Belə ki, 2018-ci ildə amerikalı hərbçilər "ARRW" adlanan "hava-yer" sinfinə aid raketin yaradılmasına başlayıblar. Eyni zamanda ABŞ "HCSW" adlı raketin üzərində işləyir.

Hər iki raketin yaradılmasının təqribən bir milyard yarım dollara başa gələcəyi bildirilir.

Teqlər:
şirkət, ABŞ, silah

Əsas mövzular