İran: Ehtiyac olsa, "S-400"ü ala bilərik

© Sputnik / Pavel Lisitsyn / Mediabanka keçid"S-400" zenit-raket kompleksi
S-400 zenit-raket kompleksi - Sputnik Azərbaycan
Abunə olmaq
"Rusiyalı dostlarımızla birgə qərar verəcəyik"

BAKI, 19 iyun — Sputnik. Ehtiyac olduğu halda İran “S-400” zenit-raket komplekslərini almaq üçün Rusiya ilə danışıqlar aparacaq.

Ağ evin qarşısında İran bayraqları - Sputnik Azərbaycan
Tehran hamının qorxduğu ABŞ-İran müharibəsindən danışdı

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə RİA Novosti-yə İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şamxani deyib.

“İranın həmişə Rusiya ilə müdafiə və təhlükəsizlik sahələrində geniş əməkdaşlığı olub. İranın müdafiə sektorunun qiymətləndirilməsi “S-400”ə ehtiyacın olduğunu göstərərsə, “S-300”lə olduğu kimi hərəkət edərək mütləq danışıqlar aparacaq və rusiyalı dostlarımızla birgə qərar verəcəyik”, - deyə o bildirib.

Bir qədər əvvəl “Bloomberg” məlumatlı mənbələrə istinadən xəbər verirdi ki, Rusiya İranın “S-400”ləri ona satmaq xahişini rədd edib.

Bu məlumata cavab olaraq isə Rusiya baş nazirinin müavini Yuri Borisov RİA Novosti-yə deyib ki, Tehran Rusiyadan “S-400” zenit-raket komplekslərini ona satmasını istəməyib.

Xəbər lenti
0