Müğənni Zərrin Özər xəstəxanalıq oldu

Abunə olmaq
Zərrin xanımın təzyiqi qalxıb, eyni zamanda sol qolunda sinir problemi yaranıb

BAKI, 19 iyun — Sputnik. Xəbər verildiyi kimi, türkiyəli populyar müğənni Zərrin Özər iyunun 16-da Murat Akıncı ilə baş tutan evliliyinə son qoyub. Türkiyəli sənətçi 36 saat sonra boşanmaya qərar verib. Sputnik Azərbaycan Hurriyet-ə istinadən xəbər verir ki, müğənninin meneceri Kamal Aslan və Murat Akıncının anası Sevilay Ünal Kanal D-də yayımlanan "2.sayfa" proqramına telefonla qoşularaq olanlar barəsində fikir bildiriblər. Kamal Aslan evliliyin ləğv olunması ilə bağlı müraciət etdiklərini bildirib: "Zərrin xanımın təzyiqi qalxıb, eyni zamanda sol qolunda sinir problemi yaranıb. Zərrin Özərin vəziyyətinin pisləşdiyini görən köməkçilər onu dərhal xəstəxanaya aparıblar. Murad çox mədəni insandır. Boşanma fikrini normal qarşıladı. "Əgər boşanmaq Zərrini xoşbəxt edəcəksə, mən razıyam" dedi. Onlar 3 ildir ki, birlikdədirlər. Bu müddət ərzində Zərrin xanımı bir qəpik belə xərcə salmayıb. Həmişə onun yanında olub".

Посмотреть эту публикацию в Instagram

Публикация от Zerrin ÖZER Fan (@zerrinozerfan)

Muradın anası Sevilay isə yaranmış vəziyyətlə bağlı Seda adlı qadını günahlandırıb: "Bu xanım oğlumdan əl çəkmir. Özünün işlədiyi şirkətdə 400 min lirə fırıldağı olduğu halda oğluma iftira atır. Əlində nəsə sübutu varsa, gedib məhkəməyə versin. Biz indiyə qədər Zərrin xanımdan istifadə etməmişik. Nə mən ondan pul aldım, nə oğlum."

Посмотреть эту публикацию в Instagram

Публикация от Zerrin ÖZER Fan (@zerrinozerfan)

Xatırladaq ki, adı çəkilən Seda Muradın onunla birlikdə 3 qadını aldatdığını və dələduzluq yolu ilə külli miqdarda pulunu mənimsədiyini bildirib.

 

Xəbər lenti
0