Azərbaycan vətəndaşı əfsanəvi futbolçunun həyat yoldaşını öldürdü – FOTO

© Sputnik / Stringer / Mediabanka keçidМашина "Скорой помощи" на месте взрыва в центре Киева
Машина Скорой помощи на месте взрыва в центре Киева - Sputnik Azərbaycan
Abunə olmaq
Buradan Ukraynaya getdi, insanı öldürdü

BAKI, 16 iyun — Sputnik. Ukraynanın Lvov şəhərində Azərbaycan vətəndaşının iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

Sputnik Azərbaycan-ın "Ukrainskі Novini" nəşrinə istinadən verdiyi xəbərə görə, bu barədə Lvov Vilayət Dövlət Administrasiyası məlumat yayıb.

Bildirilir ki, hadisə iyunun 15-də yerli vaxtla 20:05-də qeydə alınıb.

© APABoris Rassıxin və həyat yoldaşı Lyubov Rassıxina
Azərbaycan vətəndaşı əfsanəvi futbolçunun həyat yoldaşını öldürdü – FOTO - Sputnik Azərbaycan
Boris Rassıxin və həyat yoldaşı Lyubov Rassıxina

Hadisə Qorskoy, 5 ünvanında baş verib. 44 yaşlı azərbaycanlı "Mersedes-Benz" markalı avtomobillə piyadanı vurub. Qəza nəticəsində ağır travma alan 77 yaşlı qadın hadisə yerinə ölüb.

Hüquq-mühafizə orqanlarındankı mənbələrin bildirdiyinə görə, ölən qadın "Karpat" klubunun (Lvov) əfsanəvi futbolçusu Boris Rassıxinin həyat yoldaşı, "Olimpiya-L" ixtisaslaşmış uşaq-gənclər idman məktəbinin direktoru, gimnastika üzrə beynəlxalq dərəcəli hakim Lübov Rassıxinadır.

Xəbər lenti
0