17:19 19 İyul 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0271
  • EUR1.9142
Seysmoqraf, arxiv şəkli

Yeni Zelandiya ciddi silkələndi: 7,4 və 6,3 bal

CC BY 2.0 / lora_313 / Kilauea Seismographs
DÜNYA
Qısa URL
16 0 0

Hələlik ölən və dağıntılar barədə məlumat yoxdur

BAKI, 16 iyun — Sputnik. Yeni Zelandiya sahillərində ciddi yeraltı təkanlar qeydə alınıb.

Sputnik Azərbaycan RİA Novosti agentliyinə istinadla xəbər verir ki, ABŞ Geoloji Xidmətinin məlumatına görə, Bakı vaxtı ilə 02:55-də qeydə alınan birinci təkanın episentri L’Esperans adasından 104 kilometr şimal-şərqdə və 35 kilometr dərinlikdə olub. Zəlzələnin gücü 7,4 bal təşkil edib.

Bakı vaxtı ilə saat 09:17-də olan ikinci təkanın gücü isə 6,3 bala çatıb. Təkanların episentri L'Esperans adasında 93 kilometr şimal-şərqdə, ocağı isə 35 kilometr dərinlikdə yerləşib.

Zəlzələlər nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.

Əsas mövzular