01:52 23 İyul 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0270
  • EUR1.9069
Notr-Dam kilsəsi yanğından sonra, arxiv şəkli

Notr-Dam üçün vəd edilən vəsaitlər verilmir - qalmaqal

© REUTERS / Christophe Petit Tesson
DÜNYA
Qısa URL
36 0 0

Binanın 5 il müddətində bərpa edilməsi planlaşdırılır.

BAKI, 15 iyun — Sputnik. Notr–Dam kilsəsində yanğından iki ayın keçməsinə baxmayaraq, bərpa edilməsi üçün vəd edilən pulun cəmi 9 faizi xərclənib. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, Paris mərkəzinin simvolu sayılan kilsənin bərpasına 850 milyon avro tələb olunur. Hazırda isə cəmi 80 milyon vəsait yığılıb. Qeyd edək ki, pul vəsaitlərinin çox hissəsi vətəndaşlar tərəfindən verilib.

Arno ailəsi və onun LVM qrupu 200 milyon avro, milyarder Fransua–Anri Pino isə 100 milyon avro ayıracağını vəd etmişdi. Onlar məbləği hissə-hissə, görülən işlərə uyğun olaraq, ödəməyi düşünür.

Bəzi təşkilatlar və şəxslər isə pul yığımı kampaniyasının onlarsız da uğurlu olduğunu dəlil gətirərək, öz vədlərindən imtina edib.

Xatırladaq ki, yanğın hadisəsi aprelin 15-də baş verib. Alov kilsənin damını tamamilə məhv edib. Binanın 5 il müddətində bərpa edilməsi planlaşdırılır.

Əsas mövzular