SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Bu dəfə Türkiyə ABŞ-ı sanksiyalarla hədələdi

© AFP 2023 / ADEM ALTANГлава МИД Турции Мевлют Чавушоглу
Глава МИД Турции Мевлют Чавушоглу - Sputnik Azərbaycan
Abunə olmaq
"Bir ölkə digərinə necə hərəkət etməsinə dair göstəriş verə bilməz"

BAKI, 14 iyun — Sputnik. Birləşmiş Ştatlar Rusiyadan alınan "S-400" zenit-raket komplekslərinin alışı ilə bağlı Türkiyəyə sanksiya tətbiq edərsə, onda Ankara da cavab tədbirləri görəcək. Bu barədə Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadən xəbər verir.

Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan - Sputnik Azərbaycan
Ərdoğan: “Biz S-400 işini bitirmişik”

"Bir ölkə digərinə necə hərəkət etməsinə dair göstəriş verə bilməz. Birləşmiş Ştatlar bu cür davranışdan imtina etməlidir. Hamı bundan narahatdır. Bu məsələ nə qədər uzağa gedə bilər? Əgər ABŞ bizə qarşı addımlar atarsa, onda biz də eyni şeyi etməyə məcbur olacağıq. Təbii ki, heç kim buna səssiz qalmayacaq", - deyə Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu bildirib.

O, həmçinin vurğulayıb ki, ölkəsi "S-400" mövzusunda heç bir şəkildə geri addım atmayacaq.

Xatırladaq ki, mayın 23-də ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Morqan Ortaqus bildirib ki, rəsmi Vaşinqton Ankaraya Rusiya istehsalı olan "S-400" zenit-raket komplekslərini alacağı təqdirdə "ciddi mənfi nəticələrin olacağı" barədə xəbərdarlıq edib.

O, əlavə edib ki, "S-400" zenit-raket komplekslərinin alınması Türkiyənin ABŞ və NATO ilə müdafiə sahəsində münasibətlərinə ciddi təsir edəcək.

Российский солдат у российской системы противовоздушной обороны S-400 Триумф  на военной выставке - Sputnik Azərbaycan
"S-400" ətrafında daralan dairə: Siyasi oyunlar hələ çox baş ağrıda bilər

Qeyd edək ki, mayın 22-də ABŞ-ın "CNBC" telekanalı öz mənbələrinə istinadən məlumat yayıb ki, Birləşmiş Ştatlar Türkiyəyə "S-400" zenit-raketləri ilə bağlı ultimatum verib. Bildirilir ki, Ankara iki həftə ərzində Moskva ilə sövdələşməni pozmalı və Amerikanın "Patriot" raket əleyhinə müdafiə sistemlərini almalıdır. Əks təqdirdə ABŞ Türkiyəni "F-35" proqramından çıxaracaq.

Amerika hökuməti Türkiyəni vəd olunmuş yüzlərlə qırıcıdan məhrum etməklə yanaşı, ona qarşı sanksiyalar tətbiq etməklə də hədələyib. Eyni zamanda bu, NATO tərəfindən də "reaksiyaya" səbəb ola bilər.

Xəbər lenti
0