Oman körfəzində gərginlik: İki neft tankerinə hücum oldu

© AFP 2023 / Atta KenareСотрудники службы безопасности порта Шахид-Бехешти в Оманском заливе
Сотрудники службы безопасности порта Шахид-Бехешти в Оманском заливе  - Sputnik Azərbaycan
Abunə olmaq
Hər iki gəminin ekipajı təxliyə edilib, ölən olmayıb

BAKI, 13 iyun — Sputnik. Oman körfəzində iki neft tankerinə hücum edilib. Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, Marşal adalarının və Panamanın bayraqları altında üzən "Front Altair" və "Kokuka Courageous" gəmiləri hücuma məruz qalıb.

"Reuters"in mənbələrə istinadən verdiyi xəbərə görə, gəmilərin ekipajları artıq təxliyə olunub.

İRNA agentliyi isə xəbər verir ki, İran xilasetmə əməliyyatı keçirərək 44 nəfəri öz ərazisinə çatdırıb.

"Kokuka Courageous" gəmisinin operatoru "BSM Ship Management"in agentliyə dediyinə görə, gəminin gövdəsi sağ tərəfdən zədələnib. Tankeri 21 ekipaj üzvü tərk edib, onlardan biri yüngül xəsarət alıb.

Şirkətin rəsmisi deyib ki, "Kokuka Courageous" hələ də sözügedən ərazidədir və onun batmaq təhlükəsi yoxdur.

Norveçin VG qəzeti "Front Altair" tankerinin sahibi olan şirkətə istinadən bildirir ki, gəminin ekipaj üzvləri arasında Rusiya, Gürcüstan və Filippin vətəndaşları var.

"Anladığım qədər, göyərtədə olan 23 nəfərin hamısı hazırda təhlükəsiz yerdədir. Onları başqa gəmiyə köçürüblər", - deyə şirkətin rəsmisi bildirib.

Xəbər lenti
0