Afrika ölkəsində daha bir dövlət çevrilişi cəhdi

© REUTERS / STRINGER Sudanda etiraz edən nümayişçilər
 Sudanda etiraz edən nümayişçilər - Sputnik Azərbaycan
Abunə olmaq
Etirazçılar dərhal mülki idarəetmə orqanını formalaşdırmağı və ona bütün səlahiyyətləri ötürməyi tələb edirlər

BAKI, 12 iyun — Sputnik. Sudanda yenidən hərbi çevriliş cəhdi baş verib.

Sputnik Azərbaycan "Əl-Ərəbiyə" kanalına istinadən xəbər verir ki, Hərbi Şuraya qarşı çevriliş cəhdinin qarşısı alınıb. "68 zabit istintaq altındadır", - deyə kanal bildirib.

Fikrət Sadıxov – Qərbi Kaspi Universitetinin professoru - Sputnik Azərbaycan
Hərbi çevriliş Sudana demokratiya gətirəcəkmi - Politoloq şərhi

ABŞ sanksiyalarının tətbiq olunması və Cənubi Sudanın 2011-ci ildə ölkədən ayrılmasından sonra Sudanda iqtisadi böhran hökm sürür.

2018-ci il dekabrın ortalarından etibarən çörəyin qiymətini azaltmaq çağırışları ilə başlamış etirazlara sonradan 30 ildir hakimiyyətdə olan Ömər əl-Bəşirin siyasi rejimini dəyişdirmək tələbi də əlavə olunub.

2019-cu il aprelin 11-i ölkədə dövlət çevrilişi baş verib, Prezident əl-Bəşir vəzifədən uzaqlaşdırılıb və həbs edilib.

Dövlətə ordu tərəfindən yaradılmış Hərbi Şura rəhbərlik etməyə başlayıb.

Hərbi şuranın iki il müddətində rəhbərliyi seçilmiş hökumətə ötürmək niyyətini elan etməsinə baxmayaraq, xalqın etirazları bu günə kimi dayanmır.

Etirazçılar dərhal mülki idarəetmə orqanını formalaşdırmağı və ona bütün səlahiyyətləri ötürməyi tələb edirlər.

Xəbər lenti
0