Milli parkdan qaçan şirlər əhalini təşvişə saldı

CC0 / David Sluka / Şirlər
Şirlər - Sputnik Azərbaycan
Abunə olmaq
Yerli əhalidən diqqətli olmaları xahiş edilib

BAKI, 9 iyun — Sputnik. Cənubi Afrika Respublikasının şərqində yerləşən milli parklardan birindən ən azı 14 şir qaçıb.         

Sputnik Azərbaycan yerli “Capricorn FM” radiostansiyasına istinadən xəbər verir ki, 14 şirin azadlıqda olması səbəbindən Limpopo əyalətinin Phalaborva şəhəri və ətraf ərazilərin sakinlərindən diqqətli olmaları xahiş edilib.     

“Şirlərin Krüger Milli Parkından qaçdığı güman edilir. Reyncerlər qrupu vəziyyətə nəzarət edir” - deyə radiostansiya bildirib.         

News24” portalı xəbər verir ki, Limpopo əyalətinin iqtisadi inkişaf, ətraf mühit və turizm idarəsinin milli parkın nümayəndələri ilə görüşündə şirlərin tutulması və parka geri qaytarılması qərara alınıb. 

Xəbər lenti
0