Məşhur rəqqasənin cəsədi çayda tapıldı - VİDEO

Abunə olmaq
Polis onun sevgilisi tərəfindən öldürüldüyünü güman edir

BAKI, 8 iyun — Sputnik. Rumıniyada keçirilən "Got Talent" müsabiqəsində məşhurlaşan rəqqasə Almaniyada çayda ölü tapılıb. Bu barədə Sputnik Azərbaycan Xarici KİV-ə istinadən xəbər verir.

Посмотреть эту публикацию в Instagram

Публикация от Alla Klyshta (@allaklyshta)

Məlumata əsasən, 33 yaşlı Alla Klıştanın cəsədi Reyn çayında ötən həftə aşkarlanıb. Polislər onun sabiq sevgilisini qətli törətməkdə şübhəli bilərək saxlayıb.

Klıştanın yaxınları aprel ayında rəqqasənin Frankfurtda planlaşdırılan tədbirə qatılmamasından sonra polisə müraciət edib.

Almaniya polisi xanım akrobatın cəsədi tanındıqdan sonra onun 30 yaşlı sabiq sevgilisini saxlayıb.

Посмотреть эту публикацию в Instagram

Публикация от Alla Klyshta (@allaklyshta)

Hadisəni araşdıran müstəntiqlər isə onun ölümünə çayda batmasnın səbəb olmadığına əmin olduqlarını bildiriblər.

Faktla bağlı araşdırmalar davam edir.

Xəbər lenti
0