03:47 10 Aprel 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
50 0 0

Şirkət tezliklə Rusiyanın minik avtomobili bazarından çıxacaq

BAKI, 8 iyun — Sputnik. “Ford” şirkəti Rusiyadakı fabriklərini satmağa qərar verib.

Sputnik Azərbaycan-ın xarici KİV-ə istinadən məlumatına görə, şirkətin Rusiyada iki sərnişin avtomobili zavodu və bir mühərrik istehsal stansiyası var. “Focus” və “Mondeo” modelləri Vsevolojsk fabrikində, “Fiesta” və “Ecosport” isə Naberejnıy Çelnı zavodunda istehsal olunur. Yelabuqda isə mühərrik istehsalı zavodu yerləşir.

"Ford" hələ mart ayında “Ford Sollers” avtomobillərinin istehsalının dayandırılacağını açıqlamışdı. Şirkətin Avropadakı təmsilçisi Stiven Armstrong bu zavodlarla bir çox fərqli şirkətin maraqlandığını və onlarla danışıq aparıldığını bildirmişi.

Şirkət tezliklə Rusiyanın minik avtomobili bazarından çıxacaq. “Ford” iyun ayının sonunda Rusiyadakı minik avtomobili bazarından çəkiləcək.

Əsas mövzular