Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

ABŞ və Rusiya hərbi gəmilərinin təhlükəli yaxınlaşmasının görüntüləri yayıldı

© AP Photo / Petty Officer 1st Class Christopher J KruckeРоссийский эсминец (слева) плывет очень близко к кораблю USC Chancellorsville (справа) во время операции в Филиппинском море
Российский эсминец (слева) плывет очень близко к кораблю USC Chancellorsville (справа) во время операции в Филиппинском море - Sputnik Azərbaycan
Abunə olmaq
Rusiya donanması bildirir ki, ABŞ hərbi gəmisi hərəkət istiqamətini dəyişdirib və Rusiya gəmisinin hərəkət istiqamətinə çıxıb

BAKI, 7 iyun — Sputnik. İnternetdə ABŞ Hərbi Dəniz Qüvvələrinin "USS Chancellorsville" kreyserinin göyərtəsindən çəkilmiş görüntülər yayılıb. Sputnik Azərbaycan Rusiya mediasına istinadən xəbər verir ki, amerikalı dənizçilərdən biri gəminin Rusiyaya məxsus "Admiral Vinoqradov" böyük sualtı qayıq əleyhinə gəmisi ilə yaxınlaşmasını video görüntüyə alıb.

Daha əvvəl bildirildiyi kimi, hadisə bu gün Şərqi Çin dənizində baş verib.

Rusiya Federasiyasının Sakit Okean Donanmasının mətbuat xidməti bildirir ki, ABŞ hərbi gəmisi hərəkət istiqamətini dəyişdirib və Rusiya hərbi gəmisinin hərəkət istiqamətinə çıxıb. "Admiral Vinoqradov" toqquşmanın qarşısını almaq üçün təcili manevr etməyə məcbur olub.

Amerikalı dənizçilər, öz növbəsində, rusiyalı həmkarlarını qeyri-peşəkarlıqda günahlandırıb və onların hərəkətlərini "təhlükəli" adlandırıblar.

ABŞ-ın 7-ci əməliyyat donanmasının sözçüsü Kleyton Doss deyib ki, Rusiya gəmisi özü ABŞ kreyserinə yaxınlaşaraq aradakı məsafəni 15-30 metrədək azaldıb.

Xəbər lenti
0