03:12 10 Aprel 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
51 0 0

Zelenski bəyan edib ki, Ukrayna müstəqil ölkədir və Şimali Atlantika Alyansına və Avropa İttifaqına üzlüyə yönəlmək onun Konstitusiyasında da əks olunub

BAKI, 5 iyun - Sputnik. Ukraynalılar ona hazır olanda Ukraynada NATO-ya üzlüyə dair referendum keçiriləcək. Sputnik Azərbaycan xəbər verir ki, bunu Ukraynanın “1+1” telekanalında yayımlanan “Snidanku” verilişinin efirində Ukrayna Prezidenti Vladimir Zelenski bildirib.

Jurnalistin “NATO-ya üzlüklə bağlı səsləndirilən bəyanatların Rusiya ilə danışıqları çətinləşdirməyəcəkmi sualına” cavab olaraq Zelenski bəyan edib ki, Ukrayna müstəqil ölkədir və Şimali Atlantika Alyansına və Avropa İttifaqına üzlüyə yönəlmək onun Konstitusiyasında da əks olunub.

Onun sözlərinə görə, NATO-ya üzlük kursu Ukraynanın təhlükəsizliyinə zəmanət verir və Ukrayna ordusunu lazımı səviyyədə qalmasını təmin edir. O, əlavə edib ki, ölkə rəhbərliyi əhali ilə iş apararaq ukraynalılara “NATO-nun nə olduğunu və bunun çox qorxulu olmadığını” izah edəcək.

Yalnız bundan sonra “ukraynalılar hazır olanda” hökumət Şimali Atlantika Alyansına üzlüklə bağlı məsələni referenduma çıxaracaq və "Ukrayna NATO üzvü" olacaq.

Əsas mövzular