SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Xameneyi ABŞ-la mübarizə aparanda Xomeynidən nümunə götürməyə çağırıb

© AP Photo / Vahid SalemiНа одной из улиц Тегерана, фото из архива
На одной из улиц Тегерана, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Ali dini lider, müqavimət göstərməyin imam Xomeyninin ən bariz xüsusiyyətlərdən biri olduğunu qeyd edib

BAKI, 5 iyun - Sputnik. İranın ali dini lideri ayətullah Əli Xameneyi bir daha başda ABŞ olmaqla düşmənlərə qarşı müqavimət göstərməyin vacib olduğunu vurğulayıb.

Sputnik Azərbaycan İranın "Fars" xəbər agentliyinə istinadla xəbər verir ki, ali dini lider son illərdə harada müqavimət göstərdilərsə, irəliyə getdiklərini söyləyib, ABŞ-ın yaxınlaşmasına icazə verməməyin vacib olduğunu dilə gətirib.

Ali dini lider, müqavimət göstərməyin imam Xomeyninin ən bariz xüsusiyyətlərdən biri olduğunu qeyd edib. 

Əli Xameneyi bu gün müqavimət cəbhəsinin hər zamankından daha güclü olduğunu, ABŞ-ın Liviya, İraq, Suriya, Fələstin və digər bölgələrdə məğlubiyyətinin müqavimət cəbhəsinin gücünü ortaya qoyduğunu diqqətə çatdırıb.

Xəbər lenti
0