QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Çətin vəziyyətə düşən Paşinyan Qarabağ klanına müraciət etdi

© Sputnik / Alexey Nikolskiy / Mediabanka keçidПремьер-министр Армении Никол Пашинян на заседании Высшего Евразийского экономического совета в узком составе
Премьер-министр Армении Никол Пашинян на заседании Высшего Евразийского экономического совета в узком составе - Sputnik Azərbaycan
Abunə olmaq
Paşinyan "DQR" rəhbərliyini məlumatlandırmasına baxmayaraq, onların etimadını qazana bilməyib

BAKI, 5 iyun - Sputnik. Ermənistan Baş Naziri Nikol Paşinyan bəyan edib ki, onun hakimiyyətə gəlişinə qədər Qarabağ "rəhbərliyi" (Dağlıq Qarabağdakı qondarma rejim -red.) danışıqlar masasında nəyin müzakirə olunduğundan xəbərsiz olub və münaqişənin nizamlanması üzrə sənədlə tanış olmayıb. Sputnik Ermənistan xəbər verir ki, bunu Paşinyan parlamentin kuluarlarında jurnalistlərə açıqlamasında bildirib.

Baş nazir bildirib ki, məhz o qondarma rejimin "rəhbərliyinə" danışıqlar paketini təqdim edib: "Mən onlardan beş dəfə soruşdum ki, onlar danışıqların nə ilə bağlı getdiyini bilirlərmi? Onlar cavab olaraq bilmədiklərini dedilər".

Второй президент Республики Армения Роберт Кочарян - Sputnik Azərbaycan
SİYASƏT
Koçaryan Azərbaycanda həbs edilməli idi – YAP funksioneri

O,əlavə edib ki, qondarma rejimin"rəhbərliyinin" və Ermənistanın sabiq rəhnərliyinin dost olmasına və birlikdə rəqs etməsinə (mayın 13-də sosial şəbəkədə "DQR rəhbəri" Bako Saakyan və Ermənistanın üçüncü prezidenti Serj Sarqsyanın rəqs etməsinə dair video nəzərdə tutulur) baxmayaraq Stepanakert ( Xankəndi - red) danışıqlar prosesindən xəbərsiz olub.

Paşinyan əlavə edib ki, bir neçə dəfə Ermənistanın və "DQR"in hərbi-siyasi elitası ilə Qarabağ münaqişəsinin nizamlanmasını necə gördüyünü müzakirə edib. Onların bu barədə fikirləri ilə maraqlanıb.

"Lakin mənimlə bir masada oturan, əslində nəyin baş verdiyini bilən insanlar öz köməkçilərini sosial şəbəkələrdə Ermənistan hökumətinin Qarabağ torpaqlarını verməsi ilə bağlı statuslar yazmağa vadar edəndə məndə belə bir ədalətli sual formalaşır: Bu nə üçün edilir?"

Qeyd edək ki, Ermənistan və "DQR" arasında gərginliyin artması haqqında məlumatlar "DQR"in sabiq və yeni liderləri Arkadi Qukasyan və Bako Saakyanın Ermənistanın ikinci prezidenti Robert Koçaryana zamin durması və onun azad olunması üçün lazım olan girovu ödəməsindən sonra yayılıb.

Xəbər lenti
0