23:30 24 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0695
DÜNYA
Qısa URL
884 0 0

Vaşinqton Ər-Riyada nüvə silahı düzəldilməsi ilə bağlı həssas materialları ötürüb

BAKI, 5 iyun - Sputnik. Ötən ilin oktyabrında Türkiyədəki Səudiyyə Ərəbistanının konsulluğunda jurnalist Camal Qaşıqçının öldürülməsindən sonra Vaşinqtonun bəzi Amerika firmalarına Səudiyyə Ərəbistan ilə həssas nüvə məlumatlarını paylaşmağa icazə verdiyi bəlli olub.

Sputnik Azərbayan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, ABŞ-ın məlum cinayətin baş verməsindən qısa müddət sonra bu icazəni verdiyi üzə çıxıb. Bu barədə açıqlama verən senator Tim Keyn bu addımın Vaşinqtona baş ucalığı gətirmədiyini qeyd edib. 

Xatırladaq ki, ötən ilin oktyabrın 2-də jurnalist Camal Qaşıqçı İstanbuldakı konsulluqda sui-qəsd nəticəsində öldürülmüşdü. Cinayət barədə vəliəhd şahzadə Məhəmməd bin Salmanın xəbəri olub. Qətldən sonra Səudiyyə Ərəbistanına təzyiqlər yüksəlmişdi. Ər-Riyad rejimini qınayanlar arasında Ağ Ev də var idi.

Əsas mövzular