Trampla telefonla danışdı, sonra görüşdən imtina etdi

© REUTERS / JONATHAN ERNSTDonald Tramp, arxiv şəkli
Donald Tramp, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Hələlik məsələ ilə bağlı nə Tramp, nə də Conson bir açıqlama verməyib

BAKI, 4 iyun — Sputnik. Böyük Britaniyanın Baş Naziri Tereza Meyin istefasından sonra bu posta ən real namizəd Boris Conson hazırda bu ölkədə səfərdə olan Donald Trampla görüşə qatılmaqdan imtina edib. Bu barədə Sputnik Azərbaycan Böyük Britaniyanın "ITV" telekanalına istinadən xəbər verir.

Məlumatda qeyd olunur ki, Conson Trampla 20 dəqiqə davam edən telefon danışığından sonra görüşdən imtina edib.

Hələlik məsələ ilə bağlı nə Tramp, nə də Conson bir açıqlama verməyib.

Президент Дональд Трамп участвует в церемонии выпуска Академии ВВС США в Колорадо-Спрингс, штат Колорадо - Sputnik Azərbaycan
Tramp yenidən prezidentliyə namizədliyini irəli sürəcəyi vaxtı açıqlayıb

Qeyd edək ki, Trampın səfəri Böyük Britaniyaya həyata keçirilən ilk rəsmi səfər olaraq önəm daşıyır. Lakin ziyarət Böyük Britaniyada siyasi baxımdan olduqca gərgin zamanda həyata keçirir.

Xatırladaq ki, Böyük Britaniya Baş naziri Tereza Meyin istefasından sonra bu posta ən güclü namizəd hesab edilən Boris Conson ölkəsinin Avropa İttifaqından nə vaxt çıxacağını açıqlayıb.

Conson öz "Twitter" səhifəsində paylaşdığı videoda Mühafizəkarlar Partiyası rəhbəri, həm də ölkənin Baş Naziri postuna namizəd olduğunu açıqlayıb.

"Əgər mən Baş Nazir seçilərəmsə, razılaşma olsa da, olmasa da oktyabrın 31-i Avropa İttifaqından çıxacağıq" – deyə Conson bildirib.

Xatırladaq ki, "Brexit" razılaşmasını vaxtında imzalaya bilməyən Tereza Mey cümə günü Baş nazir kimi səlahiyyətlərinin icrasını dayandıracaq.

Xəbər lenti
0