Yerin kürəsinin potensial “qatili”nin şəkli çəkildi

© AFP 2023 / NASA/HANDOUTYer kürəsi
Yer kürəsi - Sputnik Azərbaycan
Abunə olmaq
Ölçüləri və Yerin orbiti ilə kəsişən hərəkət trayektoriyasına görə, bu səma cismi təhlükə potensiallı asteroidlər siyahısına daxildir

BAKI, 4 iyun — Sputnik. "VLT" teleskopu keçən şənbə Yerin yaxınlığından keçmiş "1999 KW4" adlı ikili asteroidin aydın şəkillərini çəkib. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, səma cisminin ilk görüntüləri Avropa Cənub Observatoriyasının saytında yerləşdirilib.

"Bu şəkillər və digər teleskoplardan əldə edilmiş məlumatlar asteroidin Yerlə toqquşmasının qarşısını almağa kömək edəcək strategiyaların hazırlanmasında həyati əhəmiyyət kəsb edir. Ən pis halda biz onun Yerə düşməsinin nəticələri haqda proqnoz verə bilərik" – deyə Çilidə yerləşən Avropa Cənub Observatoriyasının rəsmisi Olivye Eno (Olivier Hainaut) bildirib.

© eso"VLT" teleskopu ilə çəkilmiş Yerin yaxınlığından keçən "1999 KW4" adlı ikili asteroidin şəkilləri
Yerin kürəsinin potensial “qatili”nin şəkli çəkildi - Sputnik Azərbaycan
"VLT" teleskopu ilə çəkilmiş Yerin yaxınlığından keçən "1999 KW4" adlı ikili asteroidin şəkilləri

Böyük ölçüləri və Yerin orbiti ilə kəsişən hərəkət trayektoriyasına görə sözügedən asteroid təhlükə potensiallı asteroidlər siyahısına daxildir.

Qeyd edilir ki, "1999 KW4" asteroidi Yer üçün təhlükəli hesab olunan "Didim" adlı digər bir asteroidə çox bənzəyir və bu səbəbdən, "1999 KW4" asteroidinin müşahidə olunması vacibdir.

"Didim" də "1999 KW4" asteroidi kimi iki hissədən ibarətdir. Hissələrdən birinin diametri 800 metr, digərinin isə 150 metrdir.

Qeyd olunur ki, "Didim" növbəti yüzilliyin ortalarında Yerlə toqquşa bilər və hal-hazırda NASA və Avropa Kosmik Agentliyi bu asteroidə DART və Hera zondlarını göndərməyə hazırlaşır. Birinci qurğu 2022-ci ildə səma cismini öz hərəkət trayektoriyasından çıxarmaq üçün nəzərdə tutulub. İkinci qurğu isə birinci zondun asteroidlə toqquşmasının nəticələrini müşahidə edəcək.

Avropalı və amerikalı alimlər ümid edirlər ki, bu eksperimentlər sayəsində onlar asteroidləri daha təhlükəsiz istiqamətlərə yönəltməyin və gələcəkdə buna bənzər prosedurların tətbiqinin nə dərəcədə mümkün olduğunu anlamağa yardım edəcək.

Xəbər lenti
0