"Edam olunan" koreyalı məmur Kim Çen Inla birgə görüntüləndi

© Andrew Harnik/Pool via REUTERSKim Yen Çol
Kim Yen Çol - Sputnik Azərbaycan
Abunə olmaq
Kim Yen Çol hər iki sammitdən əvvəl ABŞ prezidenti ilə iki dəfə görüşüb

BAKI, 3 iyun — Sputnik. Şimali Koreyanın yüksək vəzifəli məmuru Kim Yen Çol bazar ertəsi Seulda konsertdə iştirak edib. 

Глава КНДР Ким Чен Ын - Sputnik Azərbaycan
Şimali Koreya liderindən ABŞ-a gözlənilməz mesaj
O, konserti Kim Çen Inla birgə izləyib. Bu barədə Sputnik Azərbaycan "BBC"-yə istinadən xəbər verir.

Daha əvvəl KİV-də yayılan məlumatda Kim Yen Çolun edam edildiyi bildirilirdi.

Qeyd edək ki, Kim Yen Çol Şimali Koreyanın nüvə məsələləri üzrə ABŞ-la aparılan danışıqlarda rəhbərlik edib. Kim Yen Çol hər iki sammitdən əvvəl ABŞ prezidenti ilə iki dəfə görüşüb.

Şimali Koreya və ABŞ arasında son sammit Vyetnamın paytaxtı Hanoyda keçirilib. Ötən həftə Cənubi Koreyanın "Chosun Ilbo" nəşri sammitə hazırlıqda iştirak edən böyük elçi Kim Xek Çolun Şimali Koreyanın Xarici İşlər Nazirliyinin digər dörd yüksək vəzifəli şəxsləri ilə birgə edam olunduğunu yazıb.

Xəbər lenti
0