Türkiyə-İran sərhədində atışma: 2 şəhid, 5 yaralı

© REUTERS / KHALIL ASHAWITürk əsgərləri sərhəd zastavasında
Türk əsgərləri sərhəd zastavasında - Sputnik Azərbaycan
Abunə olmaq
Türkiyənin təhlükəsizlik qüvvələri bölgədə anti-terror əməliyyatı keçirir

BAKI, 1 iyun — Sputnik. Türkiyə-İran sərhədində atışma olub.

Sputnik Azərbaycan "CNNTÜRK"ə istinadla xəbər verir ki, Türkiyə-İran sərhədində yerləşən İğdır vilayətində hərbçilər ilə terroristlər arasında atışma olub və nəticədə 2 hərbçi şəhid olub, 5 hərbçi isə yaralanıb.

Yaralılar xəstəxanaya aparılıb.

Türkiyənin təhlükəsizlik qüvvələri bölgədə anti-terror əməliyyatı keçirir.

Xəbər lenti
0