Tramp Britaniya şahzadəsinin xanımını təhqir etdi

© REUTERS / BRYAN WOOLSTONDonald Tramp
Donald Tramp - Sputnik Azərbaycan
Abunə olmaq
Trampın sözlərinə görə, onun Meqan Marklın açıqlamasından xəbəri olmayıb

BAKI, 1 iyun — Sputnik. ABŞ prezidenti Donald Tramp Böyük Britaniya şahzadəsi Harrinin həyat yoldaşı hersoginya Meqan Marklı "iyrənc" adlandırıb.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, Tramp Meqana olan münasibəti haqqında "The Sun" onlayn qəzetinə müsahibəsində bildirib.

Xatırladaq ki, Britaniya şahzadəsinin xanımı ABŞ başçısını kəskin tənqid etmiş və onu 2016-cı prezident seçkiləri kampaniyaları zamanı "qadın düşməni" olmaqda ittiham etmişdi.

Markl həmçinin öz səsini Hillari Klintona verdiyini də bildirmişdi.

Trampın sözlərinə görə, onun Meqan Marklın açıqlamasından xəbəri olmayıb: "Mən bilmirdim ki, o belə iyrənc imiş".

Tramp həmçinin bildirib ki, hersoginya ərə gedəndən sonra yeni statusuna layiq ola bilib. Meqana uğurlar arzulayan Tramp əlavə edib ki, o, yaxşı amerikalı şahzadə olacaq.

Xəbər lenti
0