22:11 12 Noyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0266
  • EUR1.8757
Virciniya Biçdə baş vermiş hadisə ilə bağlı mətbuat konfransında polis idarəsinin başçısı Ceyms Serveranın çıxışı

Ən azı 12 nəfəri qətlə yetirən "narazı" bələdiyyə işçisi imiş

© AP Photo / Vicki Cronis-Nohe
DÜNYA
Qısa URL
52510

Hadisəni törətmiş şəxs mənzil-kommunal təsərrüfatı departamentində mühəndis vəzifəsində çalışırmış

BAKI, 1 iyun — Sputnik. ABŞ-ın Virciniya Biç şəhərinin (Virciniya ştatı) bələdiyyə binasında atəş açaraq 12 nəfəri qətlə yetirmiş şəxsin "narazı" bələdiyyə əməkdaşı olduğu bildirilir. Sputnik Azərbaycan CNN-ə istinadən xəbər verir ki, polis əməkdaşları ilə atışmadan sonra qatil özü də həlak olub.

Atışmanı törədən şəxsin adının DeVeyn Kreddok olduğu bildirilir. Məlumata görə, 40 yaşlı Kreddok Virciniya Biç şəhərinin mənzil-kommunal təsərrüfatı departamentində mühəndis vəzifəsində çalışırmış.

İyunun 1-də Kreddok şəhər bələdiyyə binasına daxil olaraq orda olan insanlara atəş açıb. Atışmada yaralanmış dörd nəfərin əməliyyat olunmaq üçün xəstəxanaya yerləşdirildiyi bildirilir. Onlardan üçünün vəziyyəti kəskin ağırdır.

Lenta.ru qeyd edir ki, atışma zamanı polis əməkdaşlarından birini zirehli jilet ölümdən xilas edib.

Sonradan hadisə yerində bir tüfəng və bir tapançanın tapıldığı qeyd olunur. Hüquq-mühafizə orqanları atışmanın səbəblərini araşdırırlar.

Əsas mövzular