Ukraynada helikopter qəzaya uğradı, briqada komandiri öldü

© Sputnik / A.Solomonov / Mediabanka keçid"Mİ-8" sərnişin vertolyotu, arxiv şəkli
Mİ-8 sərnişin vertolyotu, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Qəza ötən gün axşam saatlarında baş verib. Helikopter Sestryatin kəndi yaxınlığında qəzaya uğrayıb

BAKI, 30 may — Sputnik. Ukrayna Quru Qoşunlarına məxsus "Mi-8" helikopteri Roven vilayətində qəzaya uğrayıb. 

Вертолет ВВС Турции, фото из архива - Sputnik Azərbaycan
Türkiyənin hərbi vertolyotu vuruldu
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumat Ukrayna Quru Qoşunlarının "Facebook" səhifəsində yerləşdirilib.

Qəza ötən gün axşam saatlarında baş verib. Helikopter Sestryatin kəndi yaxınlığında qəzaya uğrayıb.

Helikopter qəzası nəticəsində 4 ekipaj üzvü ölüb. Ölənlər arasında Quru Qoşunlarının hərbi aviasiyasının 16-cı briqadasının komandanı da var.

Hadisə yerinə Ukrayna Müdafiə Nazirliyinin, Silahlı Qüvvələrin Baş Qərargahının və Quru Qoşunları Komandanlığının komissiyası işləyir.

Qəzanın baş vermə səbəbləri araşdırılır.

Xəbər lenti
0