Mixail Saakaşvili Ukraynaya qayıdıb

© Sputnik / Stringer / Mediabanka keçidUkraynanın Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili
Ukraynanın Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili - Sputnik Azərbaycan
Abunə olmaq
Gürcüstanın eks-prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixeil Saakaşvili Varşavadan birbaşa reyslə Kiyevə gəlib

BAKI, 29 may — Sputnik. Gürcüstanın eks-prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixeil Saakaşvili Varşavadan birbaşa reyslə Ukrayna paytaxtına gəlib.

Sputnik Azərbaycan xarici mediaya istinadla xəbər verir ki, Kiyev aeroportunda onu yüzlərlə tərəfdarı bayraq və plakatlarla qarşılayıb.

Saakaşvili özü isə qayıdandan sonra deyib ki, onu Ukraynada sevirlər:

Ukraynanın yeni seçilən prezidenti Vladimir Zelenski - Sputnik Azərbaycan
RUSİYA
Zelenski Rusiya ilə danışıqlardan imtina etdi

"Xalqın emosiyasını görürsüz? Görünür, bu ölkədə məni çox sevirlər. Hətta sərhədçi qız dedi ki, mənim üçün darıxıb. Mən Ukraynada 12 il keçirmişəm. İndi özümü qaydaya salır, güzgüyə baxıram."

Xatırladaq ki, prezident Vladimir Zelenski Saakaşviliyə Ukrayna vətəndaşlığını qaytarıb. Onun vətəndaşlığını Ukraynanın sabiq prezidenti Pyotr Poroşenko ləğv eləmişdi. O, həmçinin tərəfdarları ilə birlikdə Polşa sərhəddini qanunsuz keçdiyi üçün 2021-ci ilə qədər Saakaşvilinin Ukraynaya girişini qadağan etmişdi.

Saakaşvili Ukraynanın yeni prezidentinə təşəkkür edərək bəyan edib ki, onun siyasi ambisiyası yoxdur. Saakaşvilinin lideri olduğu "Yeni qüvvələr hərəkatı" partiyası artıq Radaya keçiriləcək növbədənkənar seçkilərdə iştirak etmək niyyətində olduğunu bəyan edib.

Xəbər lenti
0