21:33 01 Aprel 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
197 0 0

Zərif deyib ki, ABŞ-ın “iqtisadi terrorizmi” İran xalqına zərər verir və regionda gərgin vəziyyət yaradır

BAKI, 28 may - Sputnik. İran nüvə silahı yaratmağa cəhd etmir. Sputnik Azərbaycan xəbər verir ki, bunu öz “Twitter” səhifəsində İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif yazıb.

“İranın dini lideri Xameneyi daha əvvəl də bəyan etmişdi ki, biz nüvə silahı yaratmağa çalışmırıq. O, bunu qadağan edən fətva verib”, - deyə diplomat qeyd edib. 

O, həmçinin qeyd edib ki, ABŞ-ın “iqtisadi terrorizmi” İran xalqına zərər verir və regionda gərgin vəziyyət yaradır.

Xatırladaq ki, mayın əvvəlində Birləşmiş Ştatların prezidenti Donald Tramp İrana qarşı neft sanksiyalarından istisnanı nəzərdə tutan qərarı uzatmaqdan imtina edib. Bu qərar İranın neft ixracını sıfıra endirməyə hədəflənib. 

Ötən il Birləşmiş Ştatlar birtərəfli qaydada İranla bağlanan nüvə sazişindən çıxıb və yenidən rəsmi Tehrana qarşı sanksiyalar tətbiq edib. Lakin bir sıra ölkələrə - Çin, Hindistan, Yunanıstan, Yaponiya, Cənubi Koreya, Tayvan və Türkiyəyə qarşı müəyyən müddət üçün istisnalar tətbiq olunmuşdu.

İran isə neft ticarətinə maneələr yaradılacağı təqdirdə Fars körfəzini neft ticarəti üçün bağlayacağını bildirib.

Buna cavab olaraq isə ABŞ hərbi gəmiləri Fars körfəzinə daxil olub. Aviasiyadaşıyıcı zərbə qrupuna "Abraham Lincoln" gəmisi başçılıq edir. Körfəzdə hazırda idarə olunan raket silahları ilə təchiz olunmuş "Arleigh Burke" sinfindən iki eskadrilya minadaşıyıcısı var. BƏƏ sahilləri yaxınlığında universal desant gəmisi "Kearsarge" yerləşir.

Əsas mövzular