SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Baş prokuror açıq şəkildə prezidentə qarşı çıxdı

© Sputnik / Stringer / Mediabanka keçidГенпрокурор Украины Юрий Луценко
Генпрокурор Украины Юрий Луценко - Sputnik Azərbaycan
Abunə olmaq
Yuri Lutsenko bir daha Vladimir Zelenskinin çağırışına məhəl qoymadığını göstərib

BAKI, 28 may - Sputnik. Ukraynanın Baş prokuroru Yuri Lutsenko bildirib ki, yeni parlament formalaşmayanadək öz postunu tərk etməyəcək. Sputnik Azərbaycan-ın Rusiya mətbuatına istinadən xəbərinə görə, o bildirib ki, hüquq-mühafizə orqanlarından olan həmkarları ilə birlikdə iyulun 21-də düzgün və ədalətli parlament seçkiləri keçirdikdən sonra vəzifəsini tərk edib siyasətə qatılacaq. 

Lutsenko dəqiqləşdirib ki, Baş prokuror postunu yalnız yeni parlament yeni hökuməti formalaşdırdıqdan sonra tərk etməyə hazırdır. 

Xəbər verildiyi kimi, Ukrayna prezidenti Vladimir Zelenski mayın 20-də parlamentdə çıxış edərkən 2 aydan sonra Təhlükəsizlik Xidmətinin rəhbəri Vasili Qritsakı, Baş prokuror Yuri Lutsenkonu və Müdafiə naziri Stepan Poltorakı vəzifədən çıxarmağa çağırıb. 

Yuri Lutsenko isə həmin vaxt cavab olaraq istefa ərizəsini yazmayacağını bildrimişdi.

Xəbər lenti
0