Paşinyanın həyat yoldaşı oğlunun Yerevanda olduğunu təsdiqlədi

© Sputnik / Aram NersesyanAnna Akopyan
Anna Akopyan - Sputnik Azərbaycan
Abunə olmaq
Aşot Paşinyan məzuniyyət çərçivəsində bir gün evdə qalıb

BAKI, 27 may — Sputnik. "Oğlumuzun Yerevana köçürülməsinin Qarabağdakı vəziyyətlə heç bir əlaqəsi yoxdur". Sputnik Ermənistan xəbər verir ki, bunu Ermənistan baş nazirinin həyat yoldaşı Anna Akopyan oğlu Aşot Paşinyanın Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsindən Yerevana köçürülməsinə dair xəbərlərə münasibət bildirərkən qeyd edib.

"Onun gəlişi heç nə ilə bağlı deyil, o Qarabağa geri qayıdacaq və hərbi xidmətini davam etdirəcək. Bu adi haldır. Bizim oğlumuz sıravi hərbçi kimi xidmət edir və öz hərbi yoldaşlarından heç nə ilə fərqlənmir", - deyə Akopyan qeyd edib.

O, həmçinn qeyd edib ki, Aşot qanunda göstərildiyi kimi məzuniyyət çərçivəsində bir gün evdə qalıb.

Xəbər lenti
0