11:57 18 İyun 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0264
  • EUR1.9097
Ağstafa rayonu ərazisindəki Keşikçidağ mağaralar kompleksi

Gürcü dindarlar "Keşikçidağ" məsələsinə görə Azərbaycana gedən yolu bağlayıblar

© Sputnik / Ilham Mustafa
DÜNYA
Qısa URL
1479 0 0

İştirakçılar bildiriblər ki, aksiya xəbərdarlıq xarakteri daşıyır

BAKI, 26 may - Sputnik. Gürcüstanın Marneuli rayonunda bir qrup keşiş və dindar Azərbaycana gedən əsas magistral yolda aksiya keçiriblər.

“Report” xəbər verir ki, aksiya iştirakçıları “Qırmızı körpü” sərhəd-keçid məntəqəsinə gedən yolu bir neçə dəqiqəlik bağlayıblar.

Nəticədə yolda avtomobillərin hərəkətində məhdudiyyət yaranıb. Marneuli və Xucabi yeparxiyasının təşkil etdiyi aksiya “David Qareci (Keşikçidağ Məbəd Kompleksi – red.) Gürcüstanındır” şüarı ilə keçirilib.

İştirakçılar bildiriblər ki, aksiya xəbərdarlıq xarakteri daşıyır. Onlar Gürcüstan hökumətini məbəd kompleksi ətrafında yaranmış problemi həll etməyə çağırıblar.

Əsas mövzular