Terrorçular hərbi bazaya hücum etdi, zabitləri girov götürdü

© AFP 2023 / STRTerrorçularla Suriya ordusunun qarşıdurmalarından sonra Darya vilayəti, arxiv şəkli
Terrorçularla Suriya ordusunun qarşıdurmalarından sonra Darya vilayəti, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
2016-cı ilin martında Darya vilayətində atəşkəs elan olunub

BAKI, 24 may — Sputnik. Suriyanın Darya vilayətində bir neçə silahlı Hərbi Kəşfiyyat İdarəsinin qərargahına hücum edib. Bu barədə Sputnik Azərbaycan Rusiya KİV-nə istinadən xəbər verir.

Məlumatda qeyd olunur ki, yaraqlılar qərargahı ələ keçirib və bir qrup zabiti girov götürüb. Yaraqlılar Cillin şəhərində hərbi kəşfiyyata məxsus bazaya hücum edib. Hücum edən şəxslər daha əvvəl Azad Suriya Ordusunun tərəfindən döyüşlərdə iştirak edib. Hazırda onlar kəşfiyyat tərəfindən həbs olunan sabiq komandiri Heysam əl-Haririnin azad olunmasını tələb edirlər.

Qeyd edək ki, 2016-cı ilin martında Darya vilayətində atəşkəs elan olunub.

Xəbər lenti
0