Ermənistan prezidenti təhlükəsizlik şefinin müavinini istefaya göndərdi

© Sputnik / SNSErmənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) direktorunun müavini, general mayor Arzuman Arutyunyan
Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) direktorunun müavini, general mayor Arzuman Arutyunyan - Sputnik Azərbaycan
Abunə olmaq
Arutunyan bu vəzifəyə 2018-ci ilin iyununda təyin olunmuşdu

BAKI, 24 may — Sputnik. Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) direktorunun müavini, general mayor Arzuman Arutyunyan istefaya göndərilib. Sputnik Ermənistan xəbər verir ki, onun istefaya göndərilməsi barədə sərəncamı Ermənistan prezidenti Armen Sarkisyan imzalayıb.

Qeyd edək ki, daha əvvəl onun qardaşı - Ali Məhkəmə Şurasının sədri Qagik Arutyunyan istefaya göndərilmişdi.

Ermənistan MTX-nin yaydığı məlumatda isə Arzuman Arutyunyanın öz istəyi ilə ərizə yazdığı bildirilir.

Arutunyan bu vəzifəyə 2018-ci ilin iyununda təyin olunub. O dövlət təhlükəsizliyi sahəsində 1996-cı ildən işləyir. O, 2008-ci ildə general-mayor rütbəsini alıb .

Xəbər lenti
0