09:44 16 İyun 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0263
  • EUR1.9164
FTX əməkdaşları əməliyyat zamanı

Azərbaycan sərhədi yaxınlığında əməliyyat: Terrorçular zərərsizləşdirilib

© Sputnik / FSB RF
DÜNYA
Qısa URL
260 0 0

Atışma yerində avtomatik araşdırma və silah-sursat aşkarlanıb

BAKI, 24 may — Sputnik. Dağıstanda üç terrorçu zərərsizləşdirilib. Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, bu barədə Rusiya Milli Anti-terror Komitəsinin İnformasiya Mərkəzi məlumat yayıb.

"Atışma yerində avtomatik araşdırma və silah-sursat aşkarlanıb" – deyə məlumatda qeyd olunur. İnsidentin digər təfərrüatları açıqlanmır. 

Qeyd edək ki, mayın 22-si Rusiyanın Vladimir vilayətində terror aktları törətməyi planlaşdırmaqda şübhəli bilinən iki yaraqlı məhv edilib.

Şübhəli şəxslərin Kolçuqino şəhərində fərdi yaşayış evində olduqları müəyyənləşib və ev mühasirəyə alınıb. Qonşu evlərdə olan sakinlər təxliyə olunub.

Terrorçular silahı yerə qoyma və təslim olma tələbinə cavab olaraq hüquq-mühafizə orqanları əməkdaşlarına atəş açıblar. Atışma zamanı terrorçular zərərsizləşdirilib. Atışma yerində silah, sursat, partlayışa hazır əldəqayırma partlayıcı qurğular və dini ekstremist ədəbiyyat aşkarlanıb.

Rusiya Milli Anti-terror Komitəsinin operativ qərargahının məlumatına görə, zərərsizləşdirilən şəxslər terror təşkilatlarından birinin üzvləri olub, xaricdən olan emissarları ilə əlaqə saxlayıb və onların tapşırığı ilə insanların sıx toplaşdığı ərazidə terror aktları törətməyi planlaşdırırmışlar.

Əsas mövzular