Türkiyə vətəndaşları kütləvi şəkildə Marsa uçmaq istəyirlər

© AP Photo / NASA/JPL-CaltechИллюстрация NASA c изображением двух космических кораблей проекта Mars Cube One, летящих над Марсом
Иллюстрация NASA c изображением двух космических кораблей проекта Mars Cube One, летящих над Марсом - Sputnik Azərbaycan
Abunə olmaq
Bu günədək Türkiyədən kosmosa çıxmaq üçün 408 min 958 müraciət daxil olub

BAKI, 24 may — Sputnik. Marsa uçmaq üçün ABŞ Milli Kosmik Agentliyinə (NASA) ən çox müraciət edilən ölkələr sırasında Türkiyə birinci yerdə qərarlaşıb. Sputnik Azərbaycan bu barədə Türkiyə mətbuatına istinadən xəbər verir.

"Adını Marsa göndər" layihəsi üçün ən çox müraciət edən ölkə Türkiyə vətəndaşları olub. Belə ki, layihənin başladığı müddətdən bu günədək Türkiyədən 408 min 958 müraciət daxil olub.

Türkiyədən sonrakı yerdə isə ABŞ və Hindistan qərarlaşıb. İlk onluqda Meksika, Səudiyyə Ərəbistanı, Çin, Braziliya, Britaniyanın da adı var.

Xəbər lenti
0