ABŞ-dan Türkiyəyə daha bir xəbərdarlıq: "Ciddi mənfi nəticələri olacaq"

© Sputnik / Aleksey Kudenko / Mediabanka keçidS-400 raket sistemləri "Alabino" hərbi poliqonunda Qələbə paradının məşqi zamanı
S-400 raket sistemləri Alabino hərbi poliqonunda Qələbə paradının məşqi zamanı - Sputnik Azərbaycan
Abunə olmaq
Amerika hökuməti Türkiyəni vəd olunmuş yüzlərlə qırıcıdan məhrum etmək ilə yanaşı, ona qarşı sanksiyalar tətbiq etməklə də hədələyib

BAKI, 23 may — Sputnik. Rəsmi Vaşinqton Ankaranı Rusiya istehsalı olan "S-400" zenit-raket komplekslərinin "ciddi mənfi nəticələrinin olacağı" barədə xəbərdarlıq edir. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Morqan Ortaqus bildirib. 

ABŞ-ın aviadaşıyıcı gəmisi Abraham Lincoln və B-52 bombardmançı təyyarələri Fars körfəzinə istiqamət alıblar - Sputnik Azərbaycan
İran üzərində qara buludlar cəmlənib: ABŞ regiona on minlərlə hərbçi göndərir

O əlavə edib ki, "S-400" zenit-raket komplekslərinin alınması Türkiyənin ABŞ və NATO ilə müdafiə sahəsində münasibətlərinə ciddi təsir edəcək.

Qeyd edək ki, ötən gün ABŞ-ın "CNBC" telekanalı öz mənbələrinə istinadən məlumat yayıb ki, Birləşmiş Ştatlar Türkiyəyə "S-400" zenit-raketləri ilə bağlı ultimatum verib. Bildirilir ki, Ankara iki həftə ərzində Moskva ilə sövdələşməni pozmalı və Amerikanın "Patriot" raket əleyhinə müdafiə sistemlərini almalıdır. Əks təqdirdə ABŞ Türkiyəni "F-35" proqramından çıxaracaq.

Amerika hökuməti Türkiyəni vəd olunmuş yüzlərlə qırıcıdan məhrum etməklə yanaşı, ona qarşı sanksiyalar tətbiq etməklə də hədələyib. Eyni zamanda bu, NATO tərəfindən də "reaksiyaya" səbəb ola bilər.

Xəbər lenti
0