SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

İran üzərində qara buludlar cəmlənib: ABŞ regiona on minlərlə hərbçi göndərir

© AP PhotoABŞ-ın aviadaşıyıcı gəmisi "Abraham Lincoln" və B-52 bombardmançı təyyarələri Fars körfəzinə istiqamət alıblar
ABŞ-ın aviadaşıyıcı gəmisi Abraham Lincoln və B-52 bombardmançı təyyarələri Fars körfəzinə istiqamət alıblar - Sputnik Azərbaycan
Abunə olmaq
Ağ Evin Pentaqonun planını, tamamilə və ya qismən təsdiqləyəcəyi hələlik aydın deyil

BAKI, 23 may — Sputnik. Pentaqon İranla baş verən gərginlik fonunda Ağ Evə Yaxın Şərqə əlavə hərbçi göndərmək barədə plan təqdim edib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "Fox News" telekanalı öz mənbələrinə istinadən xəbər verir.

İlqar Vəlizadə - Sputnik Azərbaycan
Politoloq ABŞ-İran gərginliyi haqqında: İran belə vəziyyətə alışıb

Söhbət regiona on minlərlə ABŞ hərbçisinin göndərilməsindən gedir. "Fox News" xəbər verir ki, planda "Patriot" zenit komplekslərinin yerləşdirilməsi və hərbi gəmilərin göndərilməsi də nəzərdə tutulub.

Qeyd edilir ki, məsələ ilə bağlı yekun qərar hələ qəbul olunmayıb və Ağ Evin Pentaqonun planını, tamamilə və ya qismən təsdiqləyəcəyi aydın deyil.

Xatırladaq ki, mayın əvvəlində Birləşmiş Ştatların prezidenti Donald Tramp İrana qarşı neft sanksiyalarından istisnanı nəzərdə tutan qərarı uzatmaqdan imtina edib. Bu qərar İranın neft ixracını sıfıra endirməyə hədəflənib.

Ötən il Birləşmiş Ştatlar birtərəfli qaydada İranla bağlanan nüvə sazişindən çıxıb və yenidən rəsmi Tehrana qarşı sanksiyalar tətbiq edib. Lakin bir sıra ölkələrə - Çin, Hindistan, Yunanıstan, Yaponiya, Cənubi Koreya, Tayvan və Türkiyəyə qarşı müəyyən müddət üçün istisnalar tətbiq olunmuşdu.

İran isə neft ticarətinə maneələr yaradılacağı təqdirdə Fars körfəzini neft ticarəti üçün bağlayacağını bildirib.

Buna cavab olaraq isə ABŞ hərbi gəmiləri Fars körfəzinə daxil olub. Aviasiyadaşıyıcı zərbə qrupuna "Abraham Lincoln" gəmisi başçılıq edir. Körfəzdə hazırda idarə olunan raket silahları ilə təchiz olunmuş "Arleigh Burke" sinfindən iki eskadrilya minadaşıyıcısı var. BƏƏ sahilləri yaxınlığında universal desant gəmisi "Kearsarge" yerləşir.

Xəbər lenti
0