12:00 18 İyun 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0264
  • EUR1.9097
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov

Moskva Vaşinqtona qarşı çıxdı, Ankaranın tərəfini tutdu

© Sputnik / Vladimir Astapkovich
DÜNYA
Qısa URL
24 0 0

Ankara iki həftə ərzində Moskva ilə sövdələşməni pozmalı və Amerikanın "Patriot" raket əleyhinə müdafiə sistemlərini almalıdır

BAKI, 23 may — Sputnik. Kreml Birləşmiş Ştatların Türkiyəyə "S-400"-lərllə bağlı tələbi də daxil olmaqla bütün ultimatumlara kəskin şəkildə neqativ yanaşır. Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Ümumilikdə, biz kəskin şəkildə neqativ yanaşırıq. Biz bu növ ultimatumların yolverilməz olduğunu düşünürük" - deyə Peskov ABŞ-ın Türkiyəyə ultimatum verməsinə dair məlumatı şərh edərkən deyib.

Qeyd edək ki, daha əvvəl CNBC telekanalı öz mənbələrinə istinadən məlumat yayıb ki, Birləşmiş Ştatlar Türkiyəyə "S-400" zenit-raketləri ilə bağlı ultimatum verib. Bildirilir ki, Ankara iki həftə ərzində Moskva ilə sövdələşməni pozmalı və Amerikanın "Patriot" raket əleyhinə müdafiə sistemlərini almalıdır. Əks təqdirdə ABŞ Türkiyəni "F-35" proqramından çıxaracaq.

Amerika hökuməti Türkiyəni vəd olunmuş yüzlərlə qırıcıdan məhrum etmək ilə yanaşı, ona qarşı sanksiyalar tətbiq etməklə də hədələyib. Eyni zamanda bu, NATO tərəfindən də "reaksiyaya" səbəb ola bilər.

Əsas mövzular