15:36 26 Sentyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
69 0 0

Rəsmi Vaşinqtondan hələ ki hər hansı bir təklif gəlməyib

BAKI, 22 may — Sputnik. Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasına görüş baş tutacaq.

Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib.

O, qeyd edib ki, görüş böyük ehtimalla Yaponiyanın Osaka şəhərində "G-20" – Böyük İyirmiliyin sammiti çərçivəsində keçirilə bilər: "Belə bir imkan var. Görünən odur ki, söhbət bu və ya digər formada baş tutacaq".

Ryabkov əlavə edib ki, görüş barədə rəsmi Vaşinqtondan hələ ki hər hansı bir təklif gəlməyib.

Qeyd edək ki, mayın 15-i Rusiya prezidenti bəyan etmişdi ki, istənilən yerdə Trampla danışıqlara hazırdır.

Əsas mövzular