20:02 17 İyun 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0263
  • EUR1.9164
Məhbus, arxiv şəkli

İŞİD müsəlman ölkəsində qiyam qaldırıb, ölənlər var

© Sputnik / Tabyldy Kadyrbekov
DÜNYA
Qısa URL
31 0 0

Hadisə paytaxtdan 15 kilometr cənub-şərqdə yerləşən Vaxdat şəhərində baş verib

BAKI, 20 may — Sputnik. Tacikistanın qərbində ciddi rejimli cəzaçəkmə müəssisəsində qiyam baş verib. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Respublikanın Ədliyyə nazirinin müavini Mancurcan Umarov deyib.

Cəzaçəkmə müəssisəsi paytaxt Düşənbədən 15 kilometr cənub-şərqdə yerləşən Vaxdat şəhərinin ərazisindədir. Ümumilikdə müəssisədə 1500 məhbus saxlanılır.

Bu gün baş verən üsyan artıq yatırılıb. İnsidentdə 29 məhbus iştirak edib. Onlardan 8 nəfəri həbsxana yoldaşları tərəfindən öldürülüb.

Bundan əlavə, qiyam zamanı 3 mühafizəçi də həlak olub.

Tacikistan Ədliyyə Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata görə, qiyamı İŞİD terror təşkilatına üzlüyünə görə həbs olunan şəxslər törədiblər.

Teqlər:
üsyan, qiyam, həbsxana, məhbus

Əsas mövzular