09:50 16 İyun 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0263
  • EUR1.9164
Центральная избирательная комиссия Грузии

Azərbaycanlı Gürcüstanda seçkilərdə qalib gəldi

© Sputnik / Alexander Imedashvili
DÜNYA
Qısa URL
77 0 0

Zaur Darğallı 78,6% səslə Marneuli rayonunun rəhbəri seçilib

BAKI, 20 may - Sputnik. Gürcüstanın Mərkəzi Seçki Komissiyası Marneuli rayonunda 90 seçki məntəqəsinin hamısı üzrə nəticələri elan edib.

“Report” xəbər verir ki, hakim “Gürcü Arzusu” partiyasının namizədi Zaur Darğallı səslərin 78,6%-ni əldə edərək Marneulinin icra başçısı seçilib.

Müxalif Vahid Milli Hərəkat Partiyasının namizədi Aqil Mustafayev 11,49%, müxalif “Avropalı Gürcüstan” partiyasının namizədi Əhməd İmamquliyev 7,54%, müstəqil namizəd Əli Bədirov isə 1,21% səs toplayıb.

Qeyd edək ki, ötən gün Marneulidə keçirilmiş seçkilərdə rayon rəhbəri vəzifəsi uğrunda 15 namizəd mübarizə aparıb. Rayonda seçici fəallığı 35,82% təşkil edib. 

Əsas mövzular