20:01 07 Avqust 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
84 0 0

ABŞ-da fermer öz həyatını xilas etmək üçün ayağını cib bıçağı ilə kəsib

BAKI, 19 may — Sputnik. ABŞ-ın Nebraska ştatında fermer öz həyatını xilas etmək üçün ayağını cib bıçağı ilə kəsib

Sputnik Azərbaycan xarici mediaya istinadla xəbər verir ki, 63 yaşlı Kurt Kazer qarğıdalı tarlasında işləyərkən sol ayağı avadanlığa ilişib. Kişi ayağını cənginə alan kombayndan xilas olmaq üçün cibindən bıçağını çıxararaq ayağının ilişən hissəsini kəsib.

Nebraska ştatından olan  fermer 63 yaşlı Kurt Kazer
Nebraska ştatından olan fermer 63 yaşlı Kurt Kazer

Ayağını kəsib avadanlıqdan ayırandan sonra kişi yaxınlıqdakı telefona qədər 60 metr sürünüb və təcili yardım çağırıb. Kazer bildirib ki, hadisə baş verərkən və ayağını kəsərkən bir an belə huşunu itirməyib. O, "Omaha World-Herald" nəşrinə deyib: "Mən nə edəcəyimi bilmədim. Qorxdum ki, texnika məni doğrayacaq. Bunu təsəvvür eləmək çətindir. Siz yaşamaq istəyirsiz və bunun üçün sizə lazım olanı edirsiz".

Fermerin ayağı taxılı soraraq ötürmək funksiyasını yerinə yetirən valla borunun arasına düşübmüş.

Daha sonra Kazeri reabilitasiya mərkəzində xilas ediblər. Hazırda o, protez geymək üçün amputasiya olunmuş ayağının tamamilə sağalmasını gözləyir.

"Hamı deyir: "Sən necə də optimistsən". Bilirəm ki, mən yenidən normal gəzəcəyəm. Başqa cür ola bilməz" - deyə fermer əminliklə bildirib.

Əsas mövzular