15:03 28 Mart 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
114 0 0

Tədqiqatçılar məyyusluq yaradacaq daha bir araşdırma aparıblar

BAKI, 18 may — Sputnik. Amerikalı araşdırmaçılar bildirib ki, meyvə şirələri, o cümlədən yeni sıxılmış şirələr sağlamlıq üçün zərərlidir və erkən ölümə səbəb ola bilər.

Sputnik Azərbaycan xəbər verir ki, tədqiqatçılar müxtəlif şirin içkilər istifadə edən 13,4 min insanın həyatını müşahidə edib. Mütəxəssislər gündə şirin içkilərdən 5 faiz və 10 faiz kalori alan insanları müqayisə edərək, onların ölüm səviyyəsini müəyyənləşdirib. Məlum olub ki, gün ərzində şirin içkilərdən 10 faiz kalori qəbul edən insanların ürəyin işemik xəstəliyindən ölmə riski daha yüksəkdir.

Bundan başqa, elm adamları vurğulayıb ki, 100 faizli şirələr sağlamlıq üçün daha təhlükəlidir. Çünki onların tərkibində şəkər daha çoxdur.

"Şirədə şəkər təbii yolla yaranmış olsa belə, sonradan şəkər əlavə edilmiş şirə ilə zərəri eynidir" – deyə araşdırmaçılar qeyd edib.

Əsas mövzular