İranın xarici işlər naziri: "Tramp nə düşünəcəyini bilmir"

© Sputnik / Murad Orujovİranın xarici işlər naziri Məhəmməd Cavad Zərif
İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif - Sputnik Azərbaycan
Abunə olmaq
İranın xarici işlər naziri ABŞ prezidentinin bir söz, "B" komandasının isə başqa bir söz dediyini yazıb

BAKI, 18 may — Sputnik. İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif ABŞ prezidenti Donald Trampın İran ilə bağlı fikirlərini tənqid edib.

Политолог Арзу Нагиев - Sputnik Azərbaycan
ABŞ İran müharibəsi başlayacaqmı - politoloq son vəziyyəti şərh edir

Sputnik Azərbaycan "TRThaber"ə istinadla xəbər verir ki, İranın xarici işlər naziri ABŞ prezidenti Donald Trampın və "B" adlandırdığı komandanın (ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri, İsrailin baş naziri, Səudiyyə Ərəbistan və Əbu-Dabinin vəliəhd şahzadələri) ayrı-ayrı şeylər söylədiyini açıqlayıb.

C.Zərif sosial şəbəkədəki hesabında yazıb: "B" komandası bir şey söyləyir, Tramp da ayrı bir şey. Kimin nə düşünəcəyini bilmədiyi tam olaraq ortaya çıxır. Biz min illərdir ki, nə düşünəcəyimizi bilirik. ABŞ ilə bağlı da nə düşündüyümüzü bilirik".

O əlavə edib ki, bəzi yalançı xəbər kanalları İran ilə bağlı yalan xəbərlər yaymaqla ölkəmizə zərbə vurur. İran ilə bağlı hansı xəbərlərin yalan olduğu çaşqınlıq yaradır.

Xəbər lenti
0