Dünyanın bir tərəfində güclü zəlzələ oldu

© AFP 2023 / Sam YehSeysmoqraf. Arxiv şəkli
Seysmoqraf. Arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Çin, İndoneziya və Papua-Yeni Qvineya ərazisində güclü təkanlar qeydə alındı

BAKI, 18 may — Sputnik. İndoneziyanın qərbində yerləşən Yava əyalətində 5.6 bal gücündə zəlzələ baş verib.

Sputnik Azərbaycan-ın xəbərinə görə, yeraltı təkanlar Yava əyalətinin Panqandaran adlanan ərazisinin 212 kilometr cənubunda qeydə alınıb. Zəlzələnin yerin 33 kilometr dərinliyində baş verdiyi bildirilir.

Şamaxı şəhərində zəlzələnin fəsadları - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda dağıdıcı təsirə malik zəlzələ gözlənilirmi - Rəsmi cavab

Ölən və yaralananların olmadığı bildirilir.

Çinin şimal-şərqində yerləşən Tsilin əyalətində 5,1 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanlar yerli vaxt ilə saat 06:24-də Nintsyan rayonunda qeydə alınıb. Zəlzələnin episentri 10 kilometr dərinlikdə yerləşib.

Papua-Yeni Qvineyanın Yeni Britaniya adalarında isə 6,0 bal gücündə zəlzələ baş verib.

Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə, "UTC" vaxtı ilə saat 18:47-də qeydə alınan yeraltı təkanların episentri, Kokopo şəhərindən 76 kilometr şərqdə, ocağı isə 60 kilometr dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.

Xəbər lenti
0