Müharibəyə az qaldı - Müjdəçiləri artıq bölgəmizdədirlər

© AFP 2023 / LYDIA MUTSCHMANNUSS McFaul gəmisi
USS McFaul gəmisi - Sputnik Azərbaycan
Abunə olmaq
USS McFaul və USS Gonzalez gəmiləri Hörmüz boğazından hər hansı insidentlə və İranın sahil xidməti qüvvələri tərəfindən müdaxilə ilə üzləşmədən keçib

BAKI, 17 may — Sputnik. ABŞ Hərbi-Dəniz Qüvvələrinə məxsus idarə olunan raketlərlə təchiz edilmiş iki hərbi gəmi Birləşmiş Ştatlarla İran arasında münasibətlərin kəskinləşməsi fonunda Fars körfəzinə daxil olub. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

"USS McFaul" və "USS Gonzalez" gəmiləri Hörmüz boğazından hər hansı insidentlə və İranın sahil xidməti qüvvələri tərəfindən müdaxilə ilə üzləşmədən keçib.

Политолог Арзу Нагиев - Sputnik Azərbaycan
ABŞ İran müharibəsi başlayacaqmı - politoloq son vəziyyəti şərh edir

Bundan əvvəl İran İslam Keşikçiləri Korpusunun (SEPAH) komandanı general Hüseyn Səlam bəyan etmişdi ki, Tehran ABŞ və müttəfqiləri ilə tammiqyaslı müharibənin astanasındadır. Al Masdar News nəşrinin yazdığına görə, SEPAH komandanı hazırkı vaxtın əleyhdarlarının təzyiqləri səbəbindən İran tarixi üçün həlledici olduğunu bildirib.

Mayın 15-də ABŞ ordusunun İranın aqressiv təhdidləri ucbatından İraqdakı hərbçilərini yüksək səviyyəli hazırlıq vəziyyətinə gətirdiyi bəyan edilib.

Elə həmin gün İran hökuməti nüvə proqramı ilə bağlı götürdüyü öhdəlikləri yerinə yetirməkdən rəsmən imtina etdiyini açıqlayıb. İndi Tehran uranın zənginləşdirilməsini və onun xaricə satılmasını davam etdirə, həmçinin Ərakda yerləşən ağır su reaktorunun təkmilləşdirilməsini dayandıra bilər. İranın rəhbərliyi bəyan edib ki, əgər digər iştirakçı ölkələr 60 gün müddətində müqavilənin şərtlərinə əməl etməsələr, bu addımları atacaq.

Девушка в хиджабе проходит мимо фрески с изображением пистолета с американским флагом на стене бывшего посольства США в Тегеране  - Sputnik Azərbaycan
SİYASƏT
ABŞ-İran qarşıdurması: Milyonlarla qaçqın ölkəmizə girə bilərmi?

Məlumata görə, İranın bu addımı atmasına səbəb ABŞ-ın nüvə razılığını pozması və İrana qarşı tətbiq etdiyi sanksiyalardır.

Mayın 14-də Yəmən husilərinin pilotsuz uçan aparatları Səudiyyə Ərəbistanının neft infrastrukturuna zərbə endirib. Hücuma hazırlaşan ABŞ və müttəfiqləri buna görə İrandan şübhələnir.

Mayın 13-də Səudiyyə Ərəbistanının Oman körfəzindəki iki neft tankerinin ABŞ-ın İranın kommersiya gəmilərinə hücum təhdidi barədə xəbərdarlığından sonra zədələndiyi barədə məlumat yayılıb. Ekspertlər qrupunun ilkin qənaətinə görə, bu insidentdə də İran hakimiyyətinin əli var.

Xəbər lenti
0