23:26 14 Oktyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0265
  • EUR1.8752
Tehran küçələrində, arxiv şəkli

SEPAH: ABŞ ilə müharibənin astanasındayıq

© AFP 2019 / ATTA KENARE
DÜNYA
Qısa URL
97 0 0

SEPAH-ın komandanı İslam inqilabının heç olmadığı qədər həssas bir dönəmdən keçdiyini bildirib

BAKI, 16 may — Sputnik. İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanı general Hüseyn Səlami ABŞ və müttəfiqləri ilə müharibə astanasına gəldiklərini açıqlayıb.

Sputnik Azərbaycan "Haber7"ə istinadla xəbər verir ki, hərbi mərasimdə çıxış edən general İslam inqilabının heç olmadığı qədər həssas bir dönəmdən keçdiyini bildirib: "Düşmən bütün gücünü bizimlə qarşı-qarşıya gəlmək üçün istifadə etməkdədir. Bu proses İslam inqilabının taleyini müəyyənləşdirəcək".

ABŞ-ın "qırmızı xətt"i keçdiyini söyləyən general onların “içi boş sümük yığınından” ibarət olduğunu deyib.

Qeyd edək ki, ABŞ Dövlət Departamenti İraqda fəaliyyət göstərən şəxsi heyətə İranla gərginlikdən dolayı dərhal ölkəni tərk etmək üçün təlimat verib.

İran nüvə proqramı üzrə imzaladığı Əhatəli Razılaşma Müqaviləsinin bəzi öhdəliklərinin icrasını dayandırdığını rəsmi olaraq elan edib.

İran və "altılıq" ölkələri (ABŞ, Almaniya, Britaniya, Fransa, Rusiya və Çin) arasında razılaşma müqaviləsi 2015-ci il iyulun 15-də imzalanıb. 2018-ci il mayın 8-də ABŞ İranın nüvə proqramı üzrə müqavilədən çıxıb. Bununla bağlı qərarı Prezident Donald Tramp imzalayıb. ABŞ İranla yeni saziş bağlanmayana qədər bu ölkəyə qarşı sanksiya tətbiq edəcəyini bildirib.

Xatırladaq ki, ABŞ İrandan gələn təhdidlərə qarşı tədbir məqsədi ilə "USS Abraham Linkoln" təyyarə gəmisi ilə 4 nüvə tutumlu "B-52" bombardımançı təyyarələrini Fars körfəzinə göndərib.

Əsas mövzular