08:20 27 May 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0262
  • EUR1.9008
Məşhur türk aktyor Tolqa Karel keçmiş həyat yoldaşı, azərbaycanlı model Günay Musayeva ilə

Məşhur türk aktyordan ilginc ittiham: Günay məni öldürtmək istəyirdi

© Instagram / musayeva__gunay
DÜNYA
Qısa URL
246 0 0

Tolqa Karel azərbaycanlı model Günay Musayeva ilə evliliyinin başa çatma səbəblərini açıqlayıb

BAKI, 16 may — Sputnik. Məşhur türk aktyor Tolqa Karel keçmiş həyat yoldaşı, azərbaycanlı model Günay Musayevanın onu öldürmək istədiyini bəyan edib.

Sputnik Azərbaycan-ın məlumatına görə, aktyor bu barədə Türkiyə KİV-nə verdiyi müsahibəsində bildirib. Qeyd edək ki, Musayeva 2015-ci ildə oğlu dünyaya gələndən sonra ərindən ayrılıb.

"Günay məni öldürtmək istədi və hətta bunun üçün killer də tutdu. Hazırda o şəxs saxlanılıb. O, hətta mənə cadu eləmişdi və biz onu evləndikdən sonra kirayələdiyimiz evdən tapdıq. Mən uzun müddət ondan boşanmaq istədim. O, bu şərtlə məndən boşanmağa razılıq verdi ki, mən ona Türkiyə vətəndaşlığını almağa kömək edim. Bu səbəbdən də mən onunla daha bir il nikahda qalmalı oldum" - deyə Karel bildirib.

Karel onu Musayevadan xilas etdiyi üçün Allahına şükür edir. Aktyor inanır ki, vaxt gələcək, Günayın kim olduğunu oğlu Cahangir də başa düşəcək.

Посмотреть эту публикацию в Instagram

Публикация от Tolga Karel (@tolgakarel_official)

Hazırda Tolqa Karel Amerikada yaşayır və ikinci dəfə evlənib. Onun ikinci evlilikdən qızı dünyaya gəlib. Karel bu günlərdə qızı və ikinci uşağa hamilə olan amerikalı həyat yoldaşı ilə bağlı xoşbəxt görüntülərini paylaşıb. Həmin videoda ikinci uşağın cinsiyyətinin oğlan olduğu bildirilir.

Tolqa Karel Azərbaycan tamaşaçısına "Yarpaq tökümü" serialından tanışdır. Serialda o, iki bacı ilə sevgi hekayəsi yaşayan Oğuz xarakterini canlandırır.

Günay Musayeva Best Model of Azerbaijan - 2010-un qalibidir, eyni zamanda Best Model of the World - 2010-un vitse-missidir. Qalib gəldikdən sonra o, yaşamaq üçün Türkiyəyə gedib və orada məşhur aktyor Tolqa Karellə ailə qurub. Cütlük oğulları Cahangir dünyaya gələndən sonra boşanıblar. Model ümumdünya şöhrətli dizaynerlərin müxtəlif ölkələrdəki nümayişlərində iştirak edir.

Əsas mövzular