Böyük Britaniya İranla bağlı hərəkətə keçdi

© AFP 2023 / AHMAD AL-RUBAYEAmerika ordusunun əsgəri Bağdadda
Amerika ordusunun əsgəri Bağdadda - Sputnik Azərbaycan
Abunə olmaq
Böyük Britaniya İraqdakı qüvvələri və diplomatları ilə bağlı təlimat verdi

BAKI, 16 may — Sputnik. Vaşinqton ilə Tehran arasında gərginlik artarkən ABŞ, Almaniya və Hollandiyadan sonra Böyük Britaniya da hərəkətə keçdi.

Sputnik Azərbaycan "Haber7"ə istinadla xəbər verir ki, Böyük Britaniya İrandan gələn yüksək risk səbəbindən İraqdakı qüvvələri və diplomatları üçün təhdid səviyyəsini artırıb.

Девушка в хиджабе проходит мимо фрески с изображением пистолета с американским флагом на стене бывшего посольства США в Тегеране  - Sputnik Azərbaycan
SİYASƏT
ABŞ-İran qarşıdurması: Milyonlarla qaçqın ölkəmizə girə bilərmi?

Qeyd edək ki, ABŞ Dövlət Departamenti İraqda fəaliyyət göstərən şəxsi heyətə İranla gərginlikdən dolayı dərhal ölkəni tərk etmək üçün təlimat verib. Bölgədə vəziyyət gərginləşdiyi üçün Almaniya da İraqda hərbçilərin hazırlığı ilə bağlı fəaliyyətini dayandırıb. ABŞ və Almaniyanın ardından Niderland da İraqda hərbi fəaliyyətini dayandırıb.

İran nüvə proqramı üzrə imzaladığı Əhatəli Razılaşma Müqaviləsinin bəzi öhdəliklərinin icrasını dayandırdığını rəsmi olaraq elan edib.

İran və "altılıq" ölkələri (ABŞ, Almaniya, Britaniya, Fransa, Rusiya və Çin) arasında razılaşma müqaviləsi 2015-ci il iyulun 15-də imzalanıb. 2018-ci il mayın 8-də ABŞ İranın nüvə proqramı üzrə müqavilədən çıxıb. Bununla bağlı qərarı Prezident Donald Tramp imzalayıb. ABŞ İranla yeni saziş bağlanmayana qədər bu ölkəyə qarşı sanksiya tətbiq edəcəyini bildirib.

Xatırladaq ki, ABŞ İrandan gələn təhdidlərə qarşı tədbir məqsədi ilə "USS Abraham Linkoln" təyyarə gəmisi ilə 4 nüvə tutumlu "B-52" bombardımançı təyyarələrini Fars körfəzinə göndərib.

Xəbər lenti
0