Ukraynada inauqurasiyanın tarixi bəlli oldu

© REUTERS / VALENTYN OGIRENKOUkraynanın yeni seçilən prezidenti Vladimir Zelenski
Ukraynanın yeni seçilən prezidenti Vladimir Zelenski - Sputnik Azərbaycan
Abunə olmaq
Zelenski 4 gündən sonra rəsmən prezidentlik kürsüsündə oturacaq

BAKI, 16 may — Sputnik. Ukraynada keçirilən Prezident seçkilərinin ikinci turunda qalib gələn Vladimir Zelenskinin inauqurasiyası mayın 20-də keçiriləcək. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadla xəbər verir ki, bu qərar Ali Radanın iclasında 315 deputatın dəstəyi ilə qəbul edilib. Belə bir qərarın qəbulu üçün 226 səs kifayət idi.

Əvvəlcə Ali Radanın Reqlament Məsələləri üzrə Komitəsi Zelenskinin inauqurasiyasının tarixi ilə bağlı 7 layihəyə baxıb və parlamentə onların hər birinə tək-tək səs verməyi tövsiyə edib.

Yeni seçilmiş Prezident andiçmə mərasiminin mayın 19-na təyin edilməsini istəyib. Onun fikrincə, hazırkı hakimiyyət onu Ali Radanın qanunvericilik baxımından ləğvi hüququndan məhrum etmək üçün inauqurasiya tarixini ləngitmək istəyir.

Ukrayna qanunlarına görə, inauqurasiya seçkilərin nəticələri rəsmən elan olunduqdan sonra 30 gün ərzində, yəni 3 iyundan gec olmayaraq keçirilməlidir.

Xəbər lenti
0