00:26 16 Oktyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0264
  • EUR1.8748
Qorilla

Qorillalar təbiət hadisəsindən qorxub, gizləndilər - VİDEO

© Sputnik / Yevgeny Biyatov
DÜNYA
Qısa URL
58 0 0

Qorillalar bir-bir divara qısılaraq ehtiyatla sığınacağın qapalı hissəsinə qaçıblar

BAKI, 15 may — Sputnik. Amerikanın Cənubi Karolina ştatının zooparkında kameralar orada yaşayan qorillaların əyləncəli görüntülərini qeydə alıb. Məlum olub ki, qorillalar yağışı sevmirmiş.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadən xəbər verir ki, "Riverbenks" bağı və zoologiya parkına güclü yağış yağıb. Bu zaman qorilla ailəsi açıq sığınacaqda imiş. Yağış heyvanların xoşuna gəlməyib və onlar divara qısılaraq yağış damcılarından özlərini qorumağa çalışıblar.

Qorilla balalarından biri arada sığındığı yerdən çıxsa da, sonra yenidən ora qayıtmalı olub. Sonra onların hamısı bir-bir divara qısılaraq ehtiyatla sığınacağın qapalı hissəsinə qaçıb. Bu zaman ortaya maraqlı görüntülər çıxıb.

"Qorillalar da yağışın altında durmağı sevmirlər. Bizim əməkdaşlar qorilla ailəsinin yağışdan qorunmaq üçün içəri sığındığının fərqinə varıblar. Biz onları başa düşürük" - deyə zooparkdan sözügedən videonu şərh edərkən bildiriblər.

Heyvanların çəkildiyi çarx YouTube-da 400 mindən çox baxış toplayıb və yüzlərlə insan tərəfindən şərh edilib. Qorillaların bu hərəkəti istifadəçiləri çox əyləndirib. Çoxları heyvanları başa düşdüklərini bu sözlərlə bildiriblər: "Mən də yağışda islananda özümü belə aparıram", "Bu əladır! Onlar gözəl və ağıllıdırlar", "Qorillaların yağışa reaksiyası barədə əla videodur".

Əsas mövzular